Modern.az

Azərbaycan Türkmənistan və İranla Xəzər dənizinin dibinin bölünməsini həyata keçirəcək 

Azərbaycan Türkmənistan və İranla Xəzər dənizinin dibinin bölünməsini həyata keçirəcək 

12 Dekabr 2017, 12:21

Azərbaycan həm Türkmənistan, həm də İranla ikitərəfli danışıqlar vasitəsilə Xəzər dənizinin dibinin bölünməsini həyata keçirəcək.

 

Bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

 

Nazir müavini qeyd edib: "Biz həm Türkmənistan, həm də İranla ikitərəfli danışıqlar vasitəsilə Xəzər dənizinin dibinin bölünməsini həyata keçirəcəyik".

 

X.Xələfov qeyd edib ki, gələn ilin birinci yarısında Qazaxıstanda prezident Nursultan Nazarbayevin təklifi ilə Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinin keçirilməsi nəzərdə tutulur:

 

"Sammitin tarixi dövlət başçıları ilə razılaşdırılacaq. Həmin dövrə qədər razılaşdırılmış konvensiya layihəsinin müvafiq olaraq ölkədaxili prosedurlar və digər normativ texniki proseslər keçməli olacaq".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər