Türkiyə Suriya kürdlərinin “Demokratik İttifaq” təşkilatıan qarşı mümkün əməliyyatını Rusiya tərəfi ilə razılaşdırmağa söz verib.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Hazırda Suriya rejimi tərəfindən bizə qarşı təhlükə yoxdur. Təyyarəmizin vurulması ilə bağlı epizod olsa da, hazırda belə bir təhlükə yoxdur. Demokratik İttifaq və Kürd İşçi Partiyası əsas təhlükə mənbəyidir. Onlara qarşı əməliyyatı təbii ki. müttəfiqlərimiz, o cümlədən Rusiya ilə razılaşdıracağıq”.