Bu gün Bakı metrosunda daha bir hadisə qeydə alınıb.
Bu barədə Modern.az-a məlumat verən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib ki, hadisə saat 12:15 radələrində Bakı metrosunun "Nəsimi" stansiyasında qeyd edlını:
“1987-ci il təvəllüdlü Paşayev Oqtay Nazim oğlu stansiya yoluna yıxılıb. Həzi Aslanov-Dərnəgül xətti ilə hərəkət edən qatardan düşən sərnişin digər xəttin stansiya yoluna düşüb. Həmin vaxt stansiyada qatar olmayıb”.
Qurum rəsmisi bildirib ki, xoşbəxtlikdən sərnişin heç bir xəsarət almayıb.:
“İşə getdiyini bildirən Oqtay Paşayev başının fırlandığını və buna görə müvazinətini itirdiyini qeyd edib”.