Modern.az

Gəlinini güllələyən qayınata polisə təslim oldu

Gəlinini güllələyən qayınata polisə təslim oldu

Aktual

12 Dekabr 2017, 13:15

Dekabrın 11-də Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan Seyidmalik Məmmədov ailə münaqişəsi zəminində ov tüfəngindən açdığı atəşlə gəlini Aysel Məmmədovanı qətlə yetirib.

DİN-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının apardıqları profilaktik tədbirlər nəticəsində S.Məmmədov könüllü .əkildə Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə gələrək, istintaqa təslim olub.

Hadisəni törədərkən S.Məmmədovun istifadə etdiyi müvafiq sənədləri olmayan  “İJ-16” markalı ov tüfəngi hadisə yerindən götürülüb.  
Araşdırma aparılır.

Məlumatlara görə, qayınata gəlinini oğluna xəyanət etdiyinə görə güllələyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər