Modern.az

Azərbaycanda "ənənəvi mediadan yeni mediaya keçid” məsələsi müzakirə olunacaq

Azərbaycanda "ənənəvi mediadan yeni mediaya keçid” məsələsi müzakirə olunacaq

30 İyun 2011, 10:42

İyulun 4-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində(SAM) “Medianın transformasiyası: ənənəvi mediadan yeni mediaya keçid” mövzusunda dəyirmi masa keçiriləcək.

Modern.az SAM-a istinadən bildirir ki, tədbirin  keçirilməsində əsas məqsəd ənənəvi mediadan yeni mediaya keçidin Azərbaycana nə qazandıracağını müəyyən etməkdir. Dəyirmi masada aşağıdakı məsələlərə aydınlıq gətirilməsi və müəyyənləşdirilməsi nəzərdə tutulur:
Azərbaycanda yeni medianın mövqeyi, onu ənənəvi mediadan fərqləndirən cəhətlər; Azərbaycanda medianın transformasiyasının ənənəvi media vasitələri üçün yaratdığı risklər, onun KİV təmsilçiləri və informasiya auditoriyası üçün müsbət və mənfi tərəfləri; Azərbaycanda yeni medianın səviyyəsi və prioritetləri; Yeni media və milli təhlükəsizlik; Yeni mediaya ictimai nəzarət mexanizmləri; Azərbaycanın dövlətçilik maraqlarının qorunmasında yeni media “yeni vasitə” kimi; “Yeni media” və  demokratiya. Söz və fikir azadlığının yeni media ilə bağlılığı; İctimai şüurun formalaşmasında yeni medianın təsiri; Sosial şəbəkələrin psixoloji aspektləri və informasiya ötürmə qabiliyyəti.

Tədbirdə bu sahədə çalışan təcrübəli ekspertlər, ənənəvi və yeni media təmsilçiləri, eləcə də müvafiq dövlət qurumlarının nümayəndələri iştirak edəcəklər.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular