İtaliyanın iqtisadi inkişaf naziri Karlo Kalenda Avstriyada qaz kəmərində baş vermiş partlayışla əlaqədar İtaliyada fövqəladə vəziyyətin elan oluna biləcəyini deyib.
Bu haqda Modern.az xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Avstriyada baş vermiş hadisədən sonra İtaliyaya Rusiyadan qaz verilişi dayandırılıb.
Nazir verdiyi açıqlamada Transadriatik boru kəməri (TAP) layihəsinin bu məsələdə vacibliyini vurğulayıb: “Əgər TAP olsaydı, biz Avstriyadakı partlayışa görə fövqəladə vəziyyət elan etməzdik”.
Qeyd edək ki, Avstriyanın Baumqarten şəhəri yaxınlığında qaz kəmərində baş verən partlayış nəticəsində azı 1 nəfər həlak olub, onlarla xəsarət alan var.
Əbülfəz KƏRİMOV