Qazaxıstanda "Aİ-92" markalı benzinin qiyməti aşağı düşüb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hazırda bu ölkədə "Aİ-92" markalı benzinin 1 litri 157-158 tenqeyə (0.80 AZN) satılır.
Bir müddət öncə Qazaxıstan energetika naziri Kanat Bozumbayev ölkədə yanacağın qiymətinin aşağı düşəcəyini proqnozlaşdırıldığını bildirmişdi.
Nazir qiymətlər noyabr-dekabr aylarında ucuzlaşacağını qeyd etmişdi.
Onun sözlərinə görəi, gözlənilməz proseslər baş verməsə, qiymətlər növbəti aylarda sabit qalacaq.