Modern.az

İki məktəblini maşın vurdu

İki məktəblini maşın vurdu

Aktual

12 Dekabr 2017, 20:14

Ağsu rayonunda iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 18:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsunun Pirhəsənli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “QAZ 3110” markalı minik avtomobili yolu keçən iki uşağı vurub. Hadisə zamanı ağır xəsarətlər alan uşaqlar Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Bunlar Ağsu rayon Əlabad kənd sakinləri, 2005-ci il təvəllüdlü Kərimov Polad Mehman oğlu və həmyaşıdı Həsənov Famil Müqabil oğludur. Famil Həsənovun vəziyyəti ağırlaşdığı üçün onu təcili olaraq Bakı şəhərinə travmatologiya xəstəxanasına göndəriblər.  Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər