Bakının mərkəzində avtomobil yolun ortasında alışıb. Modern.az BAKU.WS-ə istinadən xəbər verir ki, qırımızı rəngdə maşın Yusif Səfərov küçəsində qəfilətən alışıb.
Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil. Hadisə nəticəsində tələfatın olub-olmadığı dəqiqləşdirilir.
Hadisə yerinə təcili yardım briqadası və yanğınsöndürənlər cəlb olunub. Maşın qısa zaman ərzində söndürülüb.
Hadisə yerindən görüntüləri təqdim edirik: