Modern.az

ABŞ Türkiyənin Rusiyadan “S-400” alacağından narahatdır

ABŞ Türkiyənin Rusiyadan “S-400” alacağından narahatdır

Aktual

12 Dekabr 2017, 21:56

“ABŞ Türkiyənin Rusiyadan “S-400” zenit-raket komplekslərini əldə edəcəyinin mümkünlüyündən narahatdır. Bu türklərlə apardığımız danışıqların bir hissəsidir”. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Uess Miçel bildirib. 

 

Uess Miçel qeyd edib ki, Türkiyənin, xüsusən ABŞ-ın diplomatik missiyalarında işə cəlb olunan yerli əməkdaşlarla bağlı son vaxtlar müşahidə olunan davranışı onları çox narahat edir: “Biz Türkiyə ilə müttəfiq kimi çalışmaqda davam edirik. Amma bir çox sahələr üzrə narahatlığımız qalmaqdadır".

 

Qeyd edək ki, Rəcəb Tayyip Ərdoğan  dünən Vladimir Putinlə keçirdiyi danışıqların yekunlarında “S-400” zenit-raket komplekslərinin tədarükünə dair məsələnin həll edəcəyini bildirib. 

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər