Modern.az

Azərbaycan nefti 67 dollaradək bahalaşdı

Azərbaycan nefti 67 dollaradək bahalaşdı

Aktual

12 Dekabr 2017, 23:14

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 11-də 66,93 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 1,14 dollar/barel çoxdur. Modern.az xəbər verir ki, bu barədə "Trend"ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 11-də 66,28 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,17 dollar/barel çoxdur.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 11-də 62,92 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,27 dollar/barel çoxdur.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə dekabrın 11-də 65,17 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,21 dollar/barel çoxdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi