ABŞ prezidenti Donald Tramp ölkəsinin İraq və Suriyada İŞİD terror qruplaşması üzərində qələbəyə nail olduğunu açıqlayıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hazırda da təqibdən yayınan terrorçuların izlənildiyini bildirib.
Trampın sözlərinə görə, onun administrasiyasının son 8 ay ərzində İŞİD-lə mübarizədə qazandığı uğurlar, sabiq dövlət başçısı Barak Obama administrasiyasının bütün xidmət müddəti boyu əldə etdiklərindən daha böyükdür.
Bu arada Donald Tramp növbəti il üçün Müdafiə Nazirliyinin büdcəsini təsdiqləyib. Pentaqonun büdcəsi 692,1 milyard dollar olacaq. Gələn il hərbi personalın maaşı 2,4 faiz, əsgərlərin sayında da 20 minə yaxın artım proqnozlaşdırılır.