Modern.az

AMEA-da təyinat - İki instituta direktor seçildi  

AMEA-da təyinat - İki instituta direktor seçildi  

Aktual

13 Dekabr 2017, 15:34

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Ümumi yığıncağı keçirilib. Tədbirdə Bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov, Bölmə və büro üzvləri, BTEB-in elmi müəssisələrinin rəhbərləri və digər qonaqlar iştirak ediblər. 


İclasda Azərbaycan Milli Elmlər Akademiyasının iki institutuna direktor seçilib.

Bu barədə Modern.az-a  AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) bu gün keçirilən ümumi yığıncağında gizli səsvermə yolu ilə Botanika və Dendrologiya institutlarının direktorları vəzifələrinə seçkilər keçirilib.

Akademik Validə Əlizadə Botanika İnstitutunun, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov Dendrologiya İnstitutunun direktoru vəzifələrinə seçilib. Seçki nəticələrinin AMEA-nın Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər