Dünya Bankı 2019-cu ildən etibarən neft-qaz yataqlarında kəşfiyyat işlərinə maliyyə dəstəyini dayandıracağını bildirib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Dünya Bankının Parisdə keçirilən "One Planet Summit" konfransında bildirilib.
Dünya Bankı qərarın səbəbi kimi iqlim dəyişikliyi nəticəsində artan təhlükələri göstərib.
Qeyd edək ki, hazırda Dünya Bankının inkişaf etməkdə olan ölkələrin neft-qaz sektoruna kreditlərinin məcmu kredit portfelində xüsusi çəkisi 1-2 faiz təşkil edir və 280 mlrd. dollara bərabərdir.
Dünya Bankı öz iş metodikasını dəyişdirərək 2020-ci ilə qədər kredit portfelinin 28 faizini iqlim dəyişikliyi ilə mübarizəyə yönəldəcəyini açıqlayıb.
Bankın rəhbəri Mark Karninin sözlərinə görə, artıq kapitallaşması 6,3 trln. dollar olan 237 nəhəng şirkət daha az karbohidratlı iqtisadiyyata keçidi dəstəkləyib.