Modern.az

Azərbaycana gələn turistlər 3 saata elektron viza alacaqlar

Azərbaycana gələn turistlər 3 saata elektron viza alacaqlar

Aktual

14 Dekabr 2017, 15:41

Azərbaycana gələn turistlər 3 saat ərzində elektron viza ala biləcəklər. Modern.az-ın məlumatına görə, bununla bağlı “Turizm haqqında” qanuna dəyişiklik edilir. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında bildirilib ki, təklif edilən layihəyə görə, elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə ən geci 3 saat müddətinə müraciətə baxılacaq.
Qeyd edək ki, hazırda ölkəyə gəlmək istəyən turistlər üçün elektron qaydada viza müraciətinə ən tez 3 iş günü müddətinə baxılır.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər