Modern.az

Lənkəranda güllə yarası alan yeniyetmə suya yıxılaraq boğuldu

Lənkəranda güllə yarası alan yeniyetmə suya yıxılaraq boğuldu

14 Dekabr 2017, 22:31

Lənkəranın Balıqçılar qəsəbəsində yeniyetmə bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Modern.az "Report"a istinadən xəbər verir ki, ilkin məlumata görə, 2002-ci il təvəllüdlü Axundov Heydər Fuad oğlu ehtiyatsızlıqdan özünü odlu silahdan açılan atəş nəticəsində yaralayıb.

 

Nəticədə o, suya yıxılıb və orada köməksiz vəziyyətdə qalaraq boğulub.

 

Hadisə baş verən zaman onun yanında kiminsə olub-olmadığı öyrənilir.

 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər