Rusiyanın “Zvezda” telekanalında yayımlanan siyasi tok-şou zamanı azərbaycanlı jurnalist Fuad Abbasov ermənistanlı ekspert Sarkis Tsaturyanla əlbəyaxa olub.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Türkiyə ilə bağlı səslənən təhqiramiz fikirlərə sərt reaksiya verən Fuad Abbasov Tsaturyanla üz-üzə gəlib.