Modern.az

İndoneziyada güclü zəlzələ - Ölən və yaralananlar var - YENİLƏNİB

İndoneziyada güclü zəlzələ - Ölən və yaralananlar var - YENİLƏNİB

Aktual

16 Dekabr 2017, 09:03

İndoneziyanın Yava adasında 6.8 bal gücündə zəlzələ baş verib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, zəlzələ nəticəsində ölən və yaralananlar var. Sunami təhlükəsindən qorxan Çiamis rayonunun yerli sakinləri dağlara qalxıblar.

Yerli KİV-lər hadisə nəticəsində bir nəfərin öldüyünü, beş nəfərin isə yaralandığını bildiriblər.

***

İndoneziyanın Yava adası yaxınlığında 6,8 bal gücündə zəlzələ olub. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Bandunq şəhərindən 129 kilometr  cənubda, ocağı isə 122 kilometr dərinlikdə yerləşib.

 

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər