Mətbuat Şurasının sədri Əflatun Amaşov Modern.az-a açıqlamasında payızda Azərbaycanda internet mediasının vəziyyəti ilə bağlı tədbir keçirməyi planlaşdırdıqlarını bildirib. Onun sözlərinə görə, tədbirdə Azərbaycan internet mediasının vəziyyəti, inkişaf meylləri ilə müzakirələr olacaq.
“Tədbirdə həm yerli, həm də Avropadan gələn mütəxəssislər bu barədə öz fikirlərini bölüşəcəklər. Ümumiyyətlə biz bu tendensiyanı izləyəcəyik” - deyə Şura sədri əlavə edib.
Aytən ƏLİYEVA