Modern.az

“Lotu Quli” Rusiyada axtarışa verildi

“Lotu Quli” Rusiyada axtarışa verildi

Aktual

19 Dekabr 2017, 00:59

Rusiyanın İstintaq komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi "Lotu Quli" ləqəbi ilə tanınan azərbaycanlı "qanuni oğru" Nadir Səlifov barəsində axtarış elan edib. Modern.az “Report"a istinadən xəbər verir ki, o, oğurluq əməllərində və hədələmək yolu ilə pul qoparmaqda ittiham edilir.

 

Hüquq-mühafizə orqanlarındakı mənbə "Rosbalt"a bildirib ki, istintaqın versiyasına görə, Nadir Səlifov Moskvada insan oğurluğu və onlardan pul qoparılması ilə bağlı göstəriş verib. Ona qarşı Rusiya Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi qaldırılıb və qiyabi təqdim edilib.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər