Modern.az

Bakıda avtomobil oğurluğu edən şəxs saxlanıldı

Bakıda avtomobil oğurluğu edən şəxs saxlanıldı

Aktual

19 Dekabr 2017, 11:49

Dekabrın 15-nə keçən gecə paytaxtın Nizami rayonundakı Ş.Mirzəyev küçəsindən Bakı şəhər sakini Anar Abdullayevə məxsus “VAZ-21074” markalı avtomobilin qaçırılması barədə Nizami RPİ-nin 25-ci Polis Bölməsinə müraciət daxil olub. 

 

Modern.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə avtomobil həmin gün polis əməkdaşları tərəfindən Hövsan qəsəbəsi ərazisində tapılmışdır.

 

Davam etdirilən tədbirlərlə avtomobili qaçırmaqda şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Polis Bölməsində aparılan araşdırmalarla onun Bakı şəhər sakini Amin Ramazanov olması, həmçinin digər analoji cinayəti də müəyyən edilib. Belə ki, onun oktyabrın 3-də rayon ərazisində paytaxt sakini Zahir Mirzəyevə məxsus “VAZ-2106” markalı avtomobili qaçırdığı da müəyyən edilib. Avtomobil həmin vaxt akkumulyatoru, maqnitofonu və səsgücləndiricisi oğurlanmış vəziyyətdə tapılmışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər