Modern.az

Sabah Bakıda 12 dərəcə isti olacaq – HAVA PROQNOZU

Sabah Bakıda 12 dərəcə isti olacaq – HAVA PROQNOZU

19 Dekabr 2017, 12:47

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

 

Bakıda və Abşeron yarımadasında

Dekabrın 20-dəhava şəraitinin dəyişkən buludluolacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyigözlənilir.Gecə və səhər bəzi yerlərdə zəif dumanolacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək,gündüz cənub küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturunun Abşeron yarımadasında gecə7-9, gündüz 9-13,Bakıda gecə7-9, gündüz10-12dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqinormadan yüksək 770mm civə sütunu, nisbi rütubətgecə 70-80, gündüz 55-60faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında

Dekabrın 20-dəhava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi  əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə0-5, gündüz 8-13 dərəcə isti,dağlarda 0-5, gündüz7-12 dərəcə isti olacağı gözlənilir. 

 

Tibbi-meteoroloji proqnoz

Dekabrın 22-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi