Modern.az

Daha bir ana-balanı maşın vurdu, ana öldü  

Daha bir ana-balanı maşın vurdu, ana öldü   

19 Dekabr 2017, 12:59

Dekabrın 18-də saat 18 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsində Bakı şəhər sakini Nadir Qasımov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri Günel Cavadovanı və azyaşlı oğlu Salmanı vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, hadisə nəticəsində G.Cavadova orada ölmüş, uşaq xəstəxanaya yerləşdirilmişdir.
Abşeron RPİ tərəfindən araşdırma aparılır.    

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi