Milli Onkologiya Mərkəzində onkoloji xəstəlikdən əziyyət çəkən jurnalist Ülviyyə Həsənqızı sabah əməliyyat olunacaq.
Bu barədə Modern.az-a danışan xanım jurnalist deyib.
“Allahın köməkliyi ilə sabah əməliyyat olunacam. Ağır əməliyyatdır. Mənə də maraqlıdır ki, nə tapılacaq. Bir daha maraqlanan insanlara “çox sağ olun” deyirəm”.
Xatırladaq ki, Ülviyyə Həsənqızı bir müddətdir ki, onkoloji xəstəlikdən əziyyət çəkir. O, mədəniyyət sahəsi üzrə ixtisaslaşmış jurnalistdir.