Modern.az

“ABŞ-ın zəifləməsi Azərbaycanın maraqlarına cavab vermir”

“ABŞ-ın zəifləməsi Azərbaycanın maraqlarına cavab vermir”

Aktual

19 Dekabr 2017, 17:04

Dünyanın hegemon dövlətləri dedikdə insanın ağlına ilk olaraq ABŞ və Rusiya gəlir. Güclü dövlətlərin, eləcə də ABŞ və Rusiyanın hər zaman Qafqaz regionuna böyük maraqları olub.

 

Son illərdə iqtisadi- siyasi müəyyən geriləməyə məruz qalan ABŞ-ın güclənməsinin Azərbaycana hansı dərəcədə təsir edəcəyi müzakirə olunur.

 

Politoloq Zərdüşt Əlizadə Modern.az-a açıqlamasında qeyd edib ki, ABŞ son illərdə siyasi cəhətdən zəifləyib: “ Uzunmüddətli tarixi meyl onu göstərir ki, ABŞ-ın  iqtisadi-siyasi gücü getdikcə zəifləyir. ABŞ böhranla üz-üzə qalıb”.

 

Zərdüşt Əlizadənin sözlərinə görə ABŞ-ın güclənməsinin Azərbaycana elə də böyük təsiri olmayacaq:

 

“ABŞ-ın zəifləməsi və ya güclənməsinin ölkəmiz üçün əhəmiyyəti yoxdur”.

 

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, ABŞ son illərdə əvvəlki gücünü itirib. Amma nə qədər zəifləsə də dünyada əsas hegemon dövlətlərdən  biri olaraq qalmaqdadır:

 

“ABŞ-ın imkanları əvvəlkinə nisbətən azalıb. Çünki qarşısında Rusiya və başqa güclü dövlətlər var. Azərbaycanın Rusiya və ABŞ ilə çox normal münasibətləri var. Biz bu ölkələrin heç biri arasında seçim etmək istəmirik. Eyni zamanda ABŞ-ın zəifləməsi də Azərbaycanın maraqlarına cavab vermir. Çünki bu zaman Rusiyanın hegemon imkanları artacaq, Rusiyanın qonşu dövlətlərə təzyiq imkanları artacaq”.

 

Elxan Şahinoğlu bildirdi ki, ABŞ-ın nə zəifləməsi, nə də güclənməsi Azərbaycanın mənafeyinə uyğun deyil. 

 

Əbülfəz KƏRİMOV

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər