Modern.az

Saakaşvilinin məktubu üzə çıxdı - Foto

Saakaşvilinin məktubu üzə çıxdı - Foto

Dünya

19 Dekabr 2017, 20:50

Ukrayna prezidentinin mətbuat katibi Svyatoslav Çeqolko Facebook sosial şəbəkəsində Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin Pyotr Poroşenkoya ünvanladığı məktubu dərc edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, məktubda Saakaşvili siyasi nöqsanlara yol verdiyini etiraf edərək ölkədə sabitliyin pozulmayacağına əminliyini vurğulayıb.

 

Saakaşvili bildirib ki, hər an səlahiyyətli nümayəndə ilə görüşüb danışıqlar aparmağa hazırdır.

 

Mətbuat katibi bildirib ki, M.Saakaşvili öz sözünü tutmayıb və məktubu yazdığı gündən (16 dekabr) bir gün sonra tərəfdarları ilə birlikdə Kiyevdəki Oktyabr sarayını zəbt edib. Oradakı toqquşmalar zamanı güc strukturlarının 60 nəfər əməkdaşı xəsarət alıb.

M.Saakaşvili sonradan binanı tutmaq niyyətində olmadığını bəyan etsə də, nümayişçilər ora Poroşenkoya impiçment tələbi ilə üz tutmuşdular...

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU