Modern.az

Böyük dövlətlər bu quşların mühafizəsi üçün birləşdi

Böyük dövlətlər bu quşların mühafizəsi üçün birləşdi

Aktual

20 Dekabr 2017, 00:54

Bir sıra Asiya ölkələri dünyada ən ağırçəkili uçan quş hesab edilən, nəsli tükənməkdə olan dovdaq quşunun mühafizəsi üçün səylərini birləşdirmək qərarına gəlib.

Modern.az “Trend”ə istinadən xəbər verir ki, bu barədə qərar Miqrasiya edən quşlar barədə Konvensiyanın üzvlərinin konfransında qəbul edilib.

 

Böyük Asiya dovdaqlarının mühafizəsi proqramına İran, Monqolustan və Çin qoşulmağa razılıq verib.

 

Bu ölkələr ilk növbədə 1998-ci ildə qəbul olunmuş dovdaqların mühafizəsi üzrə fəaliyyət planını təkrar nəzərdən keçirəcək. Plan çərçivəsində dovdaqların məskunlaşdığı ölkələr tərəfindən quşların mühafizə tədbirləri qəbul olunacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər