Hesablama Palatası üzvlərinin etik qaydalara əməl etməməsi məsələlərinə etika komissiyasında baxılacaq.
Modern.az-ın məlumatına görə, bu barədə “Hesablama Palatası haqqında” yeni qanun layihəsində qeyd edilib.
Qanun layihəsinin 29-cu maddəsində Hesablama Palatasının üzvlərinə və işçilərinə dair etik qaydalar aşağıdakı kimi təsnif olunub:
1. Hesablama Palatası ali audit orqanlarının beynəlxalq standartlarına uyğun etik qaydalarını qəbul edir. Hesablama Palatasının üzvləri və işçiləri həmin qaydalara riayət etməlidirlər.
2. Hesablama Palatasının üzvlərinin etik qaydalara əməl etməməsi məsələlərinə Hesablama Palatasının sədri tərəfindən yaradılan etika komissiyasında baxılır.
Qeyd edək ki, hazırda qüvvədə olan “Hesablama Palatası haqqında” qanunda belə bir müddəa yer almayıb.
Yeni qanun layihəsinin Milli Məclisin növbəti plenar iclasında II oxunuşda müzakirə ediləcəyi gözlənilir.