Dekabrın 29-da Milli Məclisin payız sessiyasının son iclasının keçirilməsi gözlənilir.
Modern.az-ın məlumatına görə, iclasda bir sıra qanunlara əlavə və dəyişikliklər təsdiqləndikdən sonra, sonda Milli Məclis adından 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə dünya azərbaycanlılarına müraciət ünvanlanacaq. Bununla da Milli Məclis payız sessiyasının bitdiyi elan ediləcək.