Modern.az

Sabah hava necə olacaq? - PROQNOZ

Sabah hava necə olacaq? - PROQNOZ

20 Dekabr 2017, 12:36

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Modern.az-a verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 6-8, gündüz 9-12, Bakıda gecə 6-8, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə yağış yağacağı, dağlıq ərazilərdə qar yağacağı,  gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir. 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər