Modern.az

İnternat məktəbində Yeni İl şənliyi keçirilib

İnternat məktəbində Yeni İl şənliyi keçirilib

20 Dekabr 2017, 16:25

Bu gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib.

 

Modern.az xəbər verir ki, Təhsil Nazirliyi əməkdaşlarının və KİV təmsilçilərinin iştirak etdiyi şənlikdə Şaxta baba və Qar qızla birlikdə internat məktəbi şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya, milli və xarici rəqslər, səhnəciklər nümayiş olunub. 2 nömrəli internat məktəbinin direktoru Dilarə Məşədiyeva bildirib ki, internat məktəbində valideyn himayəsindən məhrum olunmuş 210 nəfər şagird təhsil alır.

“Pedaqoji heyət 36 nəfər nəfərdən ibarətdir. Uşaqlar burada həm qalır, həm də təhsil alırlar. 2016-cı ildə məktəbimiz əsaslı təmir olunaraq istifadəyə verilib. Hər il uşaqlar üçün bu cür şənliklər keçiririk. Uşaqlarımız həm əylənir, həm də sevinirlər. Onlarıns evinc hissini görmək bizim üçün əsasdır”.

 

İnternat məktəbi ilə tanış olan media nümayəndələrinə məlumat verilib ki, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbi 1937-ci ildən 6 nömrəli Uşaq evi, 1985-1986-cı tədris ilindən isə internat məktəbi olaraq fəaliyyət göstərib. İnternat məktəbində aparılan əsaslı təmir və yenidənqurma işləri 2016-cı ildə başa çatdırılıb. Məktəbdə 11 sinif otağı, 5 fənn kabineti, 2 laboratoriya və 1 informatika otağı vardır. İnternat məktəbində rəsm dərnəyi və məktəbin şagirdlərin ibarət nəfəsli orkestr fəaliyyət göstərir. Daha sonra uşaqlar Şaxta baba və Qar qızla birgə rəqs edib, mahnılar səsləndiriblər. Sonra internat məktəbinin şagirdlərinə Təhsil Nazirliyi tərəfindən bayram hədiyyələri təqdim olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər