Modern.az

2017-ci ildə çəkilən ən yaxşı Azərbaycan filmi hansıdır...  

2017-ci ildə çəkilən ən yaxşı Azərbaycan filmi hansıdır...   

20 Dekabr 2017, 17:15

Bitməkdə olan 2017-ci ildə Azərbaycan kino cameəsi bir o qədər də məhsuldarlığı ilə seçilmədi. Burada söhbət sənət naminə çəkilən filmlərdən gedir. Kommersiya məqsədilə çəkilən komediya filmlərinin isə sayı-hesabı olmadı.

Modern.az 2017-ci ildə çəkilən ən yaxşı Azərbaycan filminin adını öyrənmək üçün kiçik sorğu keçirib:

Əlisa Cabbarov (rejissor): “Nar bağı”;

Cavid Təvəkkül (rejissor): “Nar bağı”;

Cəlil Cavanşir (şair): “Bu il çəkilən filmlər arasında diqqətimi çəkən yoxdur”;

Könül Cəfərova (sənətşünas): “Etiraf edim ki, bu il bütün filmlərə baxmamışam. Amma baxdıqlarımdan içində ən yaxşısı “Nar bağı”dır, deyə bilərəm”;

Kamran Ağabalayev (aktyor): “Özüm o filmdə oynadığıma görə demirəm. İş prosesi, film istehsalı ilə bağlı bir çox şeyləri öyrəndiyimə görə Babək Şirinsifətin “Üçüncü günün adamı” filmini deyərdim”;

Elçin Cəfərov (teatrşünas): “Bu il çəkilən çox filmə baxa bilməmişəm. Amma “Nar bağı”nı demək olar”.

 

Rəbiqə Nazimqızı (şairə): “İkinci pərdə”;

Sevinc Fədai (jurnalist): “Pərdə” və “Nar bağı” filmləri;


Xanım
Aydın (şairə-tərcüməçi):““Pərdə” və “İkinci pərdə” filmləri. Komediya janrında isə “Oğlan evi””.


Mirsahib Ağazadə
(rejissor): “Bu il çəkilən filmlərin heç birisini izləməmişəm”.

Ayxan Ayvaz (gənc yazar): “İkinci pərdə”, “Nar bağı”;

Taleh Eminoğlu (gənc yazar):“2017-ci ildə çəkilən filmlər içərisində ikisinə baxa bilmişəm. “İkinci pərdə” və “Üçüncü günün adamı”. Birinci film hər şeyi ilə mükəmməl idi. Əgər diqqətli olsa, hər kəs özünü burada tapa bilər.
İkinci film isə dialoqlar baxımından olduqca kasad idi. Qarabağ müharibəsinə yeni baxış olsa da, (qandan, ölümdən, vay-şivəndən, pafosdan və az da olsa sentimentallıqdan uzaq) dialoqlar o cür situasiyaya düşən adam üçün çox akademik və düşünülmüşdür. Amma ümumilikdə bu xırda problemləri (bizim üçün) nəzərə almasaq, hər iki filmi uğurlu hesab edirəm”.



E.Nihad

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər