Modern.az

Milli Məclisin sonuncu iclasının gündəliyi AÇIQLANDI  

Milli Məclisin sonuncu iclasının gündəliyi AÇIQLANDI   

20 Dekabr 2017, 17:33

Milli Məclisin payız sessiyasının sonuncu iclasının vaxtı və gündəliyi müəyyənləşib.

Modern.az-ın məlumatına görə, parlamentin payız sessiyasının sonuncu iclası dekabrın 29-da keçiriləcək.

İclasın gündəliyinə 17 məsələ daxil edilib. Gündəlikdə bir sıra qanunlara dəyişiklər və sazişlərin təsdiqlənməsi nəzərdə tutulur.

İclasda aşağıdakı qanunlara dəyişikliklərin edilməsi gözlənilir:

- “Bələdiyyələrin statusu haqqında”  qanuna dəyişiklik;

- “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanuna dəyişiklik;

- “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” saziş;

- “Silahlı Qüvvələr haqqında” qanun layihəsi 3-cü oxunuşda”

- Miqrasiya Məcəlləsinə dəyişiklik;

- Gömrük Məcəlləsinə dəyişiklik;

- “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik;

- “Yol hərəkəti haqqında” qanuna dəyişiklik;

- “Turizm haqqında” qanuna dəyişiklik;

- Milli Məclisin 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə dünya azərbaycanlılarına müraciəti.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər