Modern.az

“Yeni saziş üzrə danışıqlarda yaxşı nəticələr əldə edilib” - Federika Mogerini

“Yeni saziş üzrə danışıqlarda yaxşı nəticələr əldə edilib” - Federika Mogerini

20 Dekabr 2017, 20:16

"Azərbaycanla Avropa İttifaqı arasında 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişindən sonra çox şey dəyişib". Modern.az APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini Avropa Xarici Əməliyyatlar Xidmətinin Avropa Komissiyası ilə birgə yaydığı Azərbaycana dair hesabatında bildirib.

 

O deyib ki, yeni saziş üzrə danışıqlarda yaxşı nəticələr əldə edilib: "Gənc insanların görüşməsi, səfər etməsi, biznesin inkişaf imkanları, insan haqlarının müdafiəsi, enerji sahəsində əməkdaşlığın güclənməsi üçün birlikdə daha çox imkanların axtarışında olacağıq”.

 

Qeyd edək ki, hesabatda Avropa İttifaqı Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəklədiyini bird aha vurğulayıb.

 

Sənəddə bildirilir ki, Aİ 1994-cü ildə atəşkəs razılaşmasının imzalanmasından bu yana insan itkilərinin 2016-cı ildə ən yüksək həddə çatdığı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in Minsk qrupu həmsədrlərini, habelə sülh, etimad və münaqişəsinin qarşısını almaq tədbirlərini dəstəkləyir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər