Modern.az

Vəhşi heyvanlar Zərdaba hücum etdi

Vəhşi heyvanlar Zərdaba hücum etdi

20 Dekabr 2017, 21:06

Vəhşi heyvanlar Zərdab rayonunun “32 hektar” adlanan yaşayış massivinə  hücum edib. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib. Rayon sakini, 1964-ci il təvəllüdlü Zeynəb Şamil qızı Hüseynovaya məxsus fərdi təsərrüfata hücum edən vəhşi heyvanlar hində olan 34 baş toyuq-cücənin hamısını tələf edib.

Ev sahibi toyuq-cücənin çaqqalların tələf etdiyini güman edir. Sakinlər analoji hadisələr rayon ərazisində tez-tez baş verdiyini deyirlər. 

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər