Modern.az

Elmlər Akademiyasında yeni təyinatlar

Elmlər Akademiyasında yeni təyinatlar

20 Dekabr 2017, 22:34

Bu gün AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda bir sıra kadr məsələlərinə də baxılıb. Modern.az xəbər verir ki, Rəyasət Heyətinin qərarları ilə akademik  Validə Əlizadə Botanika İnstitutunun, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov isə Dendrologiya İnstitutunun direktorları vəzifələrinə təsdiq olunublar. Həmçinin, Vasif Abbasov "AMEA Təcrübə-Sənaye Zavodu" MMC-nin direktoru, biologiya üzrə fəlsəfə doktoru Florida Mehrəliyeva isə Biofizika İnstitutunun elmi katibi vəzifələrinə təyin ediliblər.

 

E. Nihad

 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər