Modern.az

Mənzildə su qızdırıcısı partladı

Mənzildə su qızdırıcısı partladı

20 Dekabr 2017, 22:45

Gəncədə mənzildə su qızdırıcısı partlayıb. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Sadıllı qəsəbəsində qeydə alınıb.

 

Orada yaşayan 1964-cü il təvəllüdlü İsmayılova Məhəbbət Nağı qızı qazla işləyən su qızdırıcısını işə salarkən partlayış baş verib. Hadisə nəticəsində qadın sifətin 1 və 2-ci dərəcəli termiki yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib

 

 Vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər