Modern.az

Cümhuriyyətin 100 illiyinə həsr olunan müsabiqə keçiriləcək

Cümhuriyyətin 100 illiyinə həsr olunan müsabiqə keçiriləcək

20 Dekabr 2017, 22:57

AMEA Rəyasət Heyətinin 20 dekabr tarixli iclasında Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunan "Azərbaycan Cümhuriyyəti – 100" adlı elmi əsərlər müsabiqəsinin keçirilməsi barədə qərar qəbul olunub.

 

Modern.az xəbər verir ki,  AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli müsabiqənin "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və AMEA tərəfindən təşkil ediləcəyini bildirib.

 

Qeyd olunub ki, məqsəd ölkə Prezidenti İlham Əliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" 16 may 2017-ci il tarixli Sərəncamından irəli gələn layihələrin icrasını təmin etmək və gəncləri yeni elmi araşdırmalara cəlb etməkdir.

 

Müsabiqənin 35 yaşa qədər gənc tədqiqatçılar arasında keçirilməsi nəzərdə tutulur.

 

E. Nihad

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər