Modern.az

Azərbaycan neft ucuzlaşdı

Azərbaycan neft ucuzlaşdı

20 Dekabr 2017, 23:26

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 19-da 65,76 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,36 dollar/barel azdır. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 19-da 65,01 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,34 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 19-da 61,78 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,3 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə dekabrın 19-da 63,41 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,41 dollar/barel azdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər