Modern.az

Bu gün Azərbaycana qış gəlir

Bu gün Azərbaycana qış gəlir

Aktual

21 Dekabr 2017, 00:28

Bu gün Azərbaycanda Bakı vaxtı ilə saat 20:27-də qış fəsli başlayacaq. Modern.az xəbər verir ki, bu gün Yer Qış Günəş duruşu nöqtəsindən keçəcək. Bundan sonra Yerin şimal yarımkürəsində şimal hissəyə xarakterik olan qış fəsli başlayacaq.

 

AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikaylov “Trend”ə bildirb ki, bundan sonra artıq günlər uzanmağa başlayacaq: "Yer Qış Günəş duruşundan keçdikdən sonra günlər uzanacaq, gecələr qısalacaq. Dekabrın 21-i isə ilin ən qısa gündüzü və ən uzun gecəsi olacaq".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi