Modern.az

Bakının bir neçə telefon qovşağı ləğv olundu

Bakının bir neçə telefon qovşağı ləğv olundu

Aktual

21 Dekabr 2017, 11:06

“Bakı Telefon Rabitəsi” MMC-nin tabeliyində olan bir neçə telefon qovşağı ləğv olunub.

 

“Vergilər” qəzetinin xüsusi buraxılışında yer alan elanda belə deyilir.

 

Məlumata əsasən, Yasamal, Xətai, Sabunçu, Xəzər, Qaradağ, Nizami Telefon Qovşaqları bütün hüquq və vəzifələrinin hüquqi varisi olan “Bakı Telefon Rabitəsi” MMC-yə keçməsi şərti ilə ləğv olunduğunu elan edirlər.

 

Bundan başqa, “Bakı Telefon Rabitəsi” MMC-nin tabeliyində fəaliyyət göstərən Bakı Kabel Qovşağı da ləğv olunub. Müəssisənin bütün hüquq və vəzifələri onun hüquqi varisi olan “Bakı Telefon Rabitəsi” MMC-yə keçib.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər