Cinsi mənsubiyyətə görə hamiləliyin süni pozulması qadağan edilir.
Modern.az-ın məlumatına görə, bu barədə “Reproduktiv sağlamlıq haqqında” yeni qanun layihəsində qeyd edilib.
Yeni qanun layihəsinin 18-ci maddəsində (Hamiləliyin süni pozulması) göstərilib ki, cins ilə bağlı irsi xəstəliklərin keçmə ehtimalı yüksək olduğu hallar istisna olmaqla, uşağın cinsinin təyininə görə müayinənin aparılması və cinsi mənsubiyyətə görə hamiləliyin süni pozulması cinsi mənsubiyyətə görə hamiləliyin süni pozulması ( (selektiv abort) qadağandır. Cins ilə bağlı irsi xəstəliklərin keçmə ehtimalı yüksək olduğu hallarda hamiləliyin süni pozulması ixtisaslı həkim-mütəxəssislərdən ibarət konsiliumun qərarı ilə həyata keçirilir.
Yeni qanun layihəsinin Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacağı gözlənilir.