Modern.az

Həbsxanaya psixotrop maddənin keçirilməsinin qarşısı alınıb

Həbsxanaya psixotrop maddənin keçirilməsinin qarşısı alınıb

21 Dekabr 2017, 19:51

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsinə psixotrop maddənin keçirilməsi cəhdinin qarşısı alınıb. Modern.az  Penitensiar xidmətə istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinə əsasən təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Məmmədov Vüsal Əlövsət oğlunun yanına qısa müddətli görüşə gələn qohumu Qaniyev Bayram Məmmədağa oğlunun gətirdiyi sovqata baxış keçirilib. Bu zaman 400 qr həcmində üzərində “İvanovka şor” yazılmış plastik qabda olan şorun içərisinə “Tramodol” preparatının qatışdırılması müəyyən edilib.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər