Modern.az

Ölkəyə bu yolla pirotexniki mallar gətirmək istədilər - Foto

Ölkəyə bu yolla pirotexniki mallar gətirmək istədilər - Foto

21 Dekabr 2017, 20:39

Pirotexniki malların qaçaqmalçılıq yolu ilə gətirilməsinə cəhdin qarşısı alınıb. Modern.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Tovuz Gömrük İdarəsinin əməkdaşları üç fakt üzrə mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən pirotexniki və tezalışan malların qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

 

İdarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük baxışı zamanı, avtomobilin yan qapılarının içində 150 qutu pirotexniki vasitə və 2 ədəd fişəng aşkar edilib.

 

"Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn digər iki Azərbaycan vətəndaşının idarə etdikləri avtomobillərdə isə pirotexniki vasitələrin avtomobilin hər dörd təkərinin içərisində gizlədildiyi məlum olub. Həmin avtomobillərdən birində 60 qutu, digərində 146 qutu pirotexniki vasitə aşkarlanıb.

 

Bütün faktlarla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər