Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı Dəmiryolu Vağzalında aparılan əməliyyatla bağlı məlumat yayıb. Modern.az FHN-nə istinadən xəbər verir ki, Bakı Dəmir Yolu Vağzalının ərazisində yerləşən kafelərdən birində partlayıcı qurğu yerləşdirilməsi məlumatı ilə bağlı keçirilən əməliyyat başa çatıb: “FHN-in və digər aidiyyəti dövlət qurumlarının keçirdiyi birgə əməliyyat nəticəsində, xüsusi təlim keçmiş itlər tətbiq olunmaqla, təxminən 10 000 kvadrat metr sahəyə vizual baxış keçirilib, heç bir partlayıcı qurğu və şübhəli əşya aşkar edilməyib".