Modern.az

Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

21 Dekabr 2017, 22:55

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 20-də 66,54 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,78 dollar/barel çoxdur. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 20-də 65,81 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,8 dollar/barel çoxdur.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 20-də 62,75 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,97 dollar/barel çoxdur.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə dekabrın 20-də 64,42 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,01 dollar/barel çoxdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər