Modern.az

İsrail BMT-nin Qüdslə bağlı qərarını qəbul etmək istəmir

İsrail BMT-nin Qüdslə bağlı qərarını qəbul etmək istəmir

Dünya

21 Dekabr 2017, 23:44

İsrail BMT Baş Assambleyasının Qüdsə dair qərarını qəbul etmir və bir çox ölkənin yəhudi dövlətini dəstəkləməsindən məmnundur. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İsrail baş nazirinin dəftərxanasından bildirilib.  

 

Məlumatda bildirilir ki, qərarı qarşı çıxan dövlətlər arasında baş nazir Binyamin Netanyahunun səfər etdiyi Avropa, Afrika və Latın Amerikası ölkələri var: “İsrail ABŞ prezidenti Donald Yrampa  Qüdsə dair birmənalı mövqe nümayiş etdirdiyinə görə təşəkkür edir və İsrail - həqiqətlə birgə səs vermiş ölkələrə minnətdarlığını bildirir”. 

 

Qeyd edək ki, BMT  Baş Assambleyası ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına dair qərarının qəbuledilməz olması barədə qətnamə qəbul edib.

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU