Modern.az

İlqar Məmmədovla bağlı sorğuya martın 31-dək yazılı cavab verilməlidir

İlqar Məmmədovla bağlı sorğuya martın 31-dək yazılı cavab verilməlidir

22 Dekabr 2017, 10:49

REAL hərəkatının  həbsdə olan sədri İlqar Məmmədovla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarının Azərbaycanda icra edib-etməyəcəyi məsələsinə dair Avropa Şurası Nazirlər Komitəsi tərəfindən göndərilən sorğu gündəmdən düşmür.

Bununla bağlı olaraq Avropa İnsan Hüquqları Məhkəməsindən Avropa Şurası Nazirlər Komitəsinə, Azərbaycan hökumətinə və İlqar Məmmədova məktub göndərilib.

Bu barədə Modern.az-a İ.Məmmədovun vəkili Fuad Ağayev bildirib.


F.Ağayev qeyd edib ki, məktubda sorğuya baxılması üçün məhkəmənin sədri  Qvido Raymondi başda olmaqla Böyük Palatanın tərkibi elan edilir:


“Avropa Şurası Nazirlər Komitəsinə, Azərbaycan hökumətinə və bizə sorğu ilə bağlı yazılı şərhlərin 31 mart 2018-ci il tarixinə kimi təqdim edilə bilməsi haqqında məlumat verilir”.

REAL Hərəkatının sədri İ. Məmmədov 2013-cü il yanvarın 23-24-də baş vermiş İsmayıllı hadisələri ilə əlaqədar həbs olunub. REAL sədri kütləvi iğtişaşların təşkilində, polisə müqavimət göstərməkdə ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər