Modern.az

İctimai nəqliyyatda davranış qaydalarına necə əməl edək?

İctimai nəqliyyatda davranış qaydalarına necə əməl edək?

10 Dekabr 2017, 15:00

4 dekabr - 8 dekabr tarixlərində “ Gənclərin İqtisadi, Sosial və Mənəvi İnkişafına Yardım” İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “İctimai nəqliyyatımızın inkişafı naminə ” adlı layihəsi çərcivəsində yekun tədbirlərini keçirib.

 

Modern.az xəbər verir ki, layihənin əsas məqsədi ictimai nəqliyyatda davranış qaydalarının təkmilləşdirilməsinə, onun səviyyəsinin yüksəldilməsinə dair təşəbbüslə çıxış etmək, bu sahədəki mövcud vəziyyətin yaxşılaşmasına çalışmaq, sürücü və sərnişinlərin maariflənməsinə yardım göstərmək, onlara mədəni ünsiyyət normalarını aşılamaqdan ibarət olub.

 

Tədbirin təlimçiləri ictimai nəqliyyatda davranış qaydaları və müxtəlif səpgili problemləri ictimaiyyətin diqqətinə çatdıraraq , bu sahədə məsuliyyəti artırmaq və yerli icmaları bu problemi yaradan səbəblərin aradan qaldırılmasına səfərbər olunmağa dəvət etdilər . Tədbirlər Nərimanov rayonun Gənclər və İdman idarəsinin yaxından köməyliyi nəticəsində baş tutub . Tədbirdə tələbələrlə yanaşı, orta məktəb şagirdləri, cəmiyyətin fəal insanları da iştirak edib. Tədbirlərin yekunu olaraq gənclər belə təlimlərin vacibliyini vurğuluyaraq yenidən bu tip layihələrdə iştirak etmək arzusunda olduqlarını diqqətə çatdırıblar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər