Modern.az

Cəlilabadda “reket” tutuldu  

Cəlilabadda “reket” tutuldu   

22 Dekabr 2017, 12:45

Cəlilabad Rayon Polis Şöbəsinə müraciət edən Göytəpə şəhər sakini O.Ağayev cari il noyabr ayının 29-dan dekabr ayının 21-dək olan müddətdə Tural adlı şəxsin ondan hədə-qorxu yolu ilə 200 manat istəməsi barədə məlumat verib. 

        
DİN-in mətbuat xidmətindən Modern.az-a bildirilib ki, dərhal yaradılan əməliyyat qrupu tərəfindən müvafiq tədbirlər görülüb və həyata keçirilmiş tədbirlərlə şübhəli bilinən həmyerlisi Tural Məmmədov 200 manatı O.Ağayevdən alarkən saxlanılıb.

        
Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır. 

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər